"Oğlum Əlinin dörd həyat yoldaşı olacaq. Bu mənim arzumdur..."
Ucnoqta.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu "Instagram" hesabında açdığı canlı yayımda deyib. O, övladları barədə arzularını açıqlayıb:
"Qızımın təhsil aldığı universitetdə belə bilən yoxdur ki, anası mənəm. Günel xoşlamır görünməyi, efirə çıxmağı. Çox məsuliyyətli qızdır. Ən böyük arzusu Fransa, Amerikada yaşamaqdır".
İfaçı oğlunu 4 dəfə evləndirməyi arzu etdiyini bildirib:
"Arzumdur mənim... Çünki çox nəvə istəyirəm. Ona görə də, arzumdur ona dörd xanım alım, dörd gəlin gətirim".