Ucnoqta.az
www.ucnoqta.az

"Arzumdur ki, oğlumu 4 dəfə evləndirim"

20:46 - 7 İyul 2022 tarixində dərc olunub.

"Oğlum Əlinin dörd həyat yoldaşı olacaq. Bu mənim arzumdur..."

Ucnoqta.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu "Instagram" hesabında açdığı canlı yayımda deyib. O, övladları barədə arzularını açıqlayıb: 

"Qızımın təhsil aldığı universitetdə belə bilən yoxdur ki, anası mənəm. Günel xoşlamır görünməyi, efirə çıxmağı. Çox məsuliyyətli qızdır. Ən böyük arzusu Fransa, Amerikada yaşamaqdır".

İfaçı oğlunu 4 dəfə evləndirməyi arzu etdiyini bildirib:

"Arzumdur mənim... Çünki çox nəvə istəyirəm. Ona görə də, arzumdur ona dörd xanım alım, dörd gəlin gətirim".

Müəllif: