Ağcəbədidə 28 yaşlı qadın itkin düşüb

14:38 - 7 İyul 2022 - HADİSƏ

Ağcəbədidə gənc qadın itkin düşüb.

Ucnoqta.az xəbər verir ki, rayonun Qaradolaq kənd sakini 28 yaşlı Qurbanova Mədinə Akif qızı iyunun 22-də yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə onun qayınatası R. Qurbanov polisə müraciətində bildirib.

Hazırda onun tapılması üçün əməliyyat-axtarış tədbirləri keçirilir.

Xəbər xətti