Qusarda 14 yaşlı məktəbli kanalda boğulub

08:22 - 7 İyul 2022 - HADİSƏ

Qusar rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Quxuroba kəndində qeydə alınıb.
Kənd sakini, 2008-ci il təvəllüdlü Ağamirzəyev Amin Şahin oğlu Samur-Abşeron kanalında çimərkən boğulub.

Onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırmalar aparılır.///apa

Xəbər xətti