Azərbaycanda sabiq polis əməkdaşı İNTİHAR ETDİ

20:24 - 6 İyul 2022 - HADİSƏ

Sumqayıt şəhərində sabiq polis əməkdaşı intihar edib.

Ucnoqta.az trend-ə istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanı ərazisində baş verib.
Sumqayıt şəhər Baş Polis İdarəsinin 2-ci polis bölməsinin sabiq əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Fuad Ağayev xiyaban ərazisindəki ağacdan özünü asıb.

Ərazidəki sakinlər onun asılmış meyitini aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat verib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti