Şabranda iki avtomobil toqquşub, ölənlər var

17:06 - 6 İyul 2022 - HADİSƏ

Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Şabran rayonu Gəndob kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ölənlərin və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər xətti