Xaçmazda dənizdə batan 18 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB

17:48 - 6 İyul 2022 - HADİSƏ

Xaçmazda dənizdə batan şəxsin meyiti tapılıb.

APA-nın verdiyi məlumata görə, Xəzər dənizinin Xaçmaz sahilində dənizdə batan Ağdam rayonunun Quzanlı kənd sakini, 2004-cü il təvəllüdlü Məstənov Nahid Vüqar oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

15:08

Xaçmazda dənizdə bir nəfər batıb.


Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun İstisu qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Xəbər xətti