Şabranda ekskavator elektrik dirəyinə çırpılıb, yanğın olub

16:55 - 5 İyul 2022 - HADİSƏ

Şabran rayonunun Təzəkənd kəndində “Hidromek” markalı ekskavator yol kənarındakı elektrik dirəyinə çırpılıb.

FHN-dən verilən məlumata görə, nəticədə ekskavatorun yanar hissələri yanıb. Elektrik dirəyi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti