Bakıda sərnişin avtobusu qəzaya düşüb - Foto

11:33 - 5 İyul 2022 - HADİSƏ

Bakıda sərnişin avtobusu qəza törədib.

Hadisə Binəqədi rayonu, 6 mikrorayon ərazisində qeydə alınıb. 26 saylı xətt avtobusu qəzaya düşüb və səkiyə çıxıb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, “Vətən” firmasının istismarında olan 26 nömrəli müntəzəm marşrut üzrə xətti üzrə 10 TF 897 DQN-lı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Daşıyıcının verdiyi məlumata əsasən, hadisə nəticəsində xəsarət alan yoxdur.

Xəbər xətti