Xırdalanda usta eyvandan yıxılaraq ölüb

09:56 - 5 İyul 2022 - HADİSƏ

Abşeronda usta faciəvi şəkildə ölüb. APA xəbər verir ki, hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən binaların birində qeydə alınıb.Zaqatala rayon sakini, 1964-cü il təvəllüdlü İbrahim Həsənov ehtiyatsızlıqdan blokun eyvanında tikinti materialları daşıyarkən yıxılıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti