“Toyota Prius” “Mercedes”ə çırpıldı, ölən və xəsarət alan var

09:33 - 5 İyul 2022 - HADİSƏ

Bakının Sabunçu rayonunda yol qəzası zamanı sərnişin ölüb.

Hadisə Bilgəh-Maştağa şossesində baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü Məmmədli Rəsul Əli oğlu idarə etdiyi “Toyota Prius” markalı avtomobillə yol kənarında dayanan “Mercedes” markalı maşına çırpılıb.

Qəza zamanı sürücü R.Məmmədlinin ayağı sınıb.

Taksi kimi fəaliyyət göstərən “Toyota Prius” avtomobilində müştəri qismində əyləşən sərnişin 1955-ci il təvəllüdlü Zəkiyeva Firuzə Səbzəli qızı hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində avtotexniki ekspertiza təyin edilib.

Xəbər xətti