Şərurda avtomobil velosipedçini vuraraq öldürdü

10:43 - 4 İyul 2022 - HADİSƏ

İyulun 1-də saat 22 radələrində Şərur rayonunun Danyeri kəndi ərazisində Muğanlı kənd sakini İ.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında velosiped sürən Xanlıqlar kənd sakini Elsevər Arzumanovu vurub.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən E.Arzumanov iyulun 2-də ölüb.

Faktla bağlı Naxçıvan MR DİN tərəfindən araşdırma aparılır.

Xəbər xətti