Füzulidə avtomobil aşıb, ölən var

09:58 - 4 İyul 2022 - HADİSƏ

Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb.

Beyləqan rayon sakini, 1989-cu il təvəllüdlü Ruslan Bədirxanov idarəetdiyi avtomobili aşırıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerində ölüb.///apa

Xəbər xətti