Toydan çıxan 34 yaşlı gənc ürəyindən bıçaqlandı
00:48 - 4 İyul 2022 - HADİSƏ
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.Gülçülük Sovxozu ərazisində 1988-ci il təvəllüdlü Məmmədov Ruslan Əhməd oğlu toydan çıxarkən tanımadığı şəxs tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.