Ucarda traktor minik maşını ilə toqquşub

20:37 - 3 İyul 2022 - HADİSƏ

Ucarda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun Ucar rayonunun Alpout kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan qoşqulu traktor ilə “Opel” markalı minik maşınını toqquşub. Hadisə nəticəsində Bakı şəhər sakinləri - 1972-ci il təvəllüdlü Ofeliya Səlim qızı Məmmədli, 1980-cı il təvəllüdlü Vüsalə Taleh qızı Bayramova və 2006-cı il təvəllüdlü Ləman Faiq qızı Bayramova müxtəlif xəsarətlərlə Ucar rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti