Bakıda yanğın başlayıb
17:34 - 3 İyul 2022 - HADİSƏ
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində otluq və qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Ucnoqta.az FHN-nin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.Əlavə məlumat veriləcək.