Şəmkirdə ər arvadını bıçaqladı

14:34 - 3 İyul 2022 - HADİSƏ

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə şəhərin Məmmədəli Əhmədov küçəsində qeydə alınıb. 20-30 yaş arasında olan qadın bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyata götürülüb, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti