DİN polisin öldüyü qəza ilə bağlı məlumat yaydı

09:45 - 3 İyul 2022 - HADİSƏ

Dünən axşam saatlarında Yuxarı Ləki kəndi ərazisində Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis baş serjantı Samir Zamanpurun idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə Ucar rayon sakini Dursun Məmmədovun idarə etdiyi “VAZ-21011” toqquşub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a bildirilib ki, nəticədə S.Zamanpur aldığı xəsarətlərdən hadisə yerində ölüb

Digər nəqliyyat vasitəsinin sürücüsü və bir nəfər sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Ağdaş rayon prokurorluğundan araşdırma aparılır.

Xəbər xətti