Sumqayıtda 85 yaşlı kişinin meyiti tapılıb

20:13 - 2 İyul 2022 - HADİSƏ

Sumqayıtda evdə meyit aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Abdullayev Kərəm Mikayıl oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti