Bakıda yaşayış binasında yanğın olub

16:18 - 2 İyul 2022 - HADİSƏ

Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Əlavə məlumat veriləcək.


15:55

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

Xəbər xətti