Gənc oğlan dənizdə boğularaq öldü

16:15 - 2 İyul 2022 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1998-ci il təvəllüdlü İsrafilov Rafiq Zeynal oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti