Bakıda əri tərəfindən şiddətə məruz qaldığını bildirən 19 yaşlı qadın polisə müraciət edib.
Ucnoqta.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, 2003-cü il təvəllüdlü N.Əzizova bir neçə ay əvvəl ailə qurduğu həyat yoldaşı, 1992-ci ildə anadan olmuş R. Əzizovun onu mütəmadi döydüyünü bildirib.
O qeyd edib ki, həyat yoldaşı Binə qəsəbəsində yerləşən evdə əsaslı səbəb olmadan daim onu döyərək xəsarətlər yetirir.
Müraciətlə bağlı Xəzər RPİ-nin 3-cü Polis Şöbəsində araşırma aparılır.