İki il əvvəl mikroavtobusdan pul oğurlayan şəxs saxlanıldı

11:03 - 2 İyul 2022 - HADİSƏ

Şirvan şəhəri ərazisində iki il əvvəl avtomobildən xeyli miqdarda pul oğurlayan şəxs tutulub.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2020-ci ilin dekabr ayında Şirvan şəhəri ərazisində “Mercedes” markalı bir mikroavtobusdan 10.300 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Səməndərli saxlanılıb. Araşdırma aparılır.

Xəbər xətti