Toyda bıçaqlanan tamadanın oğlu: “Mənə də bıçaq vurdular” - TƏFƏRRÜAT (YENİLƏNİB)

10:24 - 2 İyul 2022 - HADİSƏ

Bakıda toyda bıçaqlanan məşhur tamada Natiq Dağlaroğlunun səhhəti ilə bağlı son durumu açıqlanıb.

Onun oğlu Məhəmməd İsaq Oxu.Az-a açıqlamasında bildirib ki, toy bitəndən sonra kənar şəxslər onun atasını bıçaqlayıblar:

“Toydan sonra atam musiqiçiləri yola salan zaman kənardan bir adam gəldi, kobud danışdı. Atam da ona dedi ki, adam özündən böyük şəxslə belə danışmaz. Bu zaman atama arxadan beş-altı, mənim də döş qəfəsimdən və belimdən bıçaqla zərbə vurdular. Atamın vəziyyəti orta ağırdır. Reanimasiyadadır”.

08:01

Bakının Nizami rayonunda restoranda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Mikayıl Əliyev 9b ünvanında yerləşən Altun şadlıq sarayında qeydə alınıb.Şadlıq sarayında məclis aparan Mehdiyev Yaqub İsaq oğlu toyda qonaq olan şəxsin hücumuna məruz qalıb. O, bel nahiyəsindən bıçaqlanıb.

Yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, bıçaqlanan Y.Mehdiyev Natiq Dağlar oğlu təxəllüsü ilə tanınan tamadadır.

Xəbər xətti