“VAZ-2107" TIR-la toqquşdu - ölənlərin sayı 6-ya çatıb

00:44 - 2 İyul 2022 - HADİSƏ

Göygöldə avtomobil qəzası zamanı xəsarət alanlardan daha biri xəstəxanada dünyasını dəyişib.

"Report"un məlumatına görə, bununla da ölənlərin sayı 6 nəfərə çatıb.

00:17

Göygöldə ağır yol qəzası olub. “Qafqazinfo”nun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobilinin yük daşıyan TIR-la toqquşması nəticəsində 5 nəfər ölüb, bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bir ailənin 4 üzvü - ata, ana, 18 aylıq körpə və bir qadın dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti