“Fairmont”da ərəb turist azərbaycanlı qızı döydü

16:50 - 29 İyun 2022 - HADİSƏ

Bakıdakı “Fairmont” hotelində insident baş verib.

Polisə müraciət edən 1998-ci il təvəllüdlü A.Əliyeva tanış olduğu ərəb turistlə mehmanxanada olarkən onun hücumuna məruz qaldığını və döyüldüyünü bildirib.

İlkin araşdırmalardan sonra 24 yaşlı qızı döyən şəxsin Səudiyyə Ərəbistanı vətəndaşı, 1997-ci il təvəllüdlü Rahan Yaser Alajain olması müəyyən edilib. Məlum olub ki, o, iyunun 18-dən Bakıda turist kimi qalır.

Müraciətlə bağlı araşdırmalar davam etdirilir.///qafqazinfo

Xəbər xətti