Özbəkistanın beynəlxalq axtarışa verdiyi şəxs Bakıda tutuldu

11:29 - 29 İyun 2022 - HADİSƏ

Özbəkistan dövləti tərəfindən barəsində beynəlxalq axtarış elanı verilən şəxs Bakıda saxlanılıb.

 Özbəkistan Cinayət Məcəlləsinin 268-ci (Dələduzluq) maddəsi ilə dövlətlərarası axtarışa verilmiş 1985-ci il təvəllüdlü Otobek İzzatoviç Akhmadov Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.

O, sonrakı araşdırmaların aparılması üçün Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.

Araşdırmalar davam etdirilir.///qafqazinfo

Xəbər xətti