Bakıda 23 yaşlı qız YOXA ÇIXDI

10:51 - 29 İyun 2022 - HADİSƏ

Bakıda gənc qız itkin düşüb.

Nərimanov rayonu M. Məmmədov küçəsində yaşayan 23 yaşlı Əliyeva Fatimə Rövşən qızı yaşadığı evdən çıxaraq, itkin düşüb.

Bu barədə onun anası 36 yaşlı G. Əliyeva rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə ərizə ilə müraciətində bildirib.

Hazırda adı çəkilən şöbə əməkdaşları tərəfindən axtarış işləri davam etdirilir.

Xəbər xətti