Kürdəxanı qəsəbəsində baş verən yanğında iki körpə - əkiz bacılar ölüb.
APA-nın əldə etdiyi xəbərə görə, yanğın zamanı 2021-ci il təvəllüdlü Fatimə və Zəhra Abbasovalar yanıq xəsarətindən ölüblər.
Yanğın zamanı 2019-cu il təvəllüdü Zərifə Abbasova, 2020-ci il təvəllüdlü Atilla Abbasov, 1998-ci il təvəllüdlü Hamiyə Abbasova, Rövşən Abbasov və Qafar Abbasov yanıq xəsarətləri alıb.
09.57
TƏBİB Sabunçu rayonu, Kürdəxananı qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi evdə qeydə alınan yanğında xəsarət alanlarla bağlı açıqlama verib.
TƏBİB-dən bildirilib ki, yanğında xəsarət alanlar səhər saatlarında Yanıq Mərkəzinə yerləşdirilib. Hazırda onların müayinələri davam etdirilir. Xəsarət alanların səhhəti ilə bağlı ətraflı məlumat veriləcək.
09:31
Bakıda dəhşətli yanğın olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.
Fərdi yaşayış evində baş verən yanğın nəticəsində 1 yaşı tamam olmamış körpə ölüb. Ailənin 5 üzvü isə yanıq xəsarəti alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.