Bakıda güclü yanğın olub

07:36 - 29 İyun 2022 - HADİSƏ

Paytaxtın mərkəzində baş verən yanğınla bağlı rəsmi məlumata yayılıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Ucnoqta.az-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində "Qış parkı"nın yaxınlığında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının tikinti aparılan ərazidə baş verdiyi müəyyən olunub. İlkin məlumata əsasən, təqribən 100 m² sahədə tikinti materialları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti