Tanınmış ginekoloqun intiharı ilə bağlı cinayət işi açıldı

18:51 - 28 İyun 2022 - HADİSƏ

Bakıda tanınmış ginekoloqun intiharı ilə bağlı cinayət işi açılıb.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, iyunun 27-də saat 17 radələrində 1984-cü il təvəllüdlü Xalidə Kəngərlinin paytaxtın Yasamal rayonu ərazisində yerləşən binanın 10-cu mərtəbəsində yaşadığı mənzilin eyvanından özünü ataraq öldürməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

 

Xəbər xətti