Füzulidə yanğın olub, xəsarət alan var

14:38 - 28 İyun 2022 - HADİSƏ

Füzuli rayonunun Beşinci Zobucuq qəsəbəsində ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 6,5 ton ot bağlamasının 2 tonu yanıb.

Bu barədə Ucnoqta.az-a Fövqəladə HAllar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti