Azərbaycanın məşhur sənətçilərindən biri olan Nura Suri ulduz futbolçu Jerar Pikenin dünya şöhrətli müğənni Şakiraya xəyanətində münasibət bildirib.
Ucnoqta.az offsideplus.az xəbər verir ki, o bu sözləri "MTV Maqazin" verilişinə deyib. Müğənni qeyd edib ki, Şakiradan fərqli olaraq, o, Pikenin xəyanətini bağışlayardı: "Şakira bağışlamayıb, bilmirəm niyə?! Amma mən Pike kimi kişidən ayrılmazdım. Bir dəfə edib, keç də, yazıqdır".
Xatırladaq ki, Şakira xəyanət səbəbindən "Barselona"nın müdafiəçisi Jerar Pikedən ayrılıb.