“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yarımstansiyada yanğın olub.
Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, Sabirabad rayonunun Qaratəpə kəndində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yarımstansiyanın ərazisində paylayıcı qurğunun 4 ədəd qoruyucu açarı və 4 p.m elektrik kabeli yanıb.
Yarımstansiya yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.