Ucnoqta.az
www.ucnoqta.az

“Azərbaycan Dəmir Yolları” yarımstansiyasında yanğın olub

23:02 - 23 İyun 2022 tarixində dərc olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yarımstansiyada yanğın olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, Sabirabad rayonunun Qaratəpə kəndində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yarımstansiyanın ərazisində paylayıcı qurğunun 4 ədəd qoruyucu açarı və 4 p.m elektrik kabeli yanıb.

Yarımstansiya yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: