Avtobuslar gecikmə ilə hərəkət edir - Sıxlıq var

19:02 - 20 İyun 2022 - Xəbər

Paytaxtın Mikayıl Useynov prospektindən Azneft dairəsi istiqamətində müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən 53, 5, 6, 125, 127, 205 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət intervallarında 14-16 dəqiqə gecikmə müşahidə olunur.

Bu barədə Ucnoqta.az-a Bakı Nəqliyyat Agentliyindən xəbər verilib.

Qeyd olunub ki, ümumilikdə həmin ərazidə 11-12 ədədə yaxın avtobusun sıxlıqda qaldığı müşahidə edilir.

Xəbər xətti