Rusiyaya səyahət edənlərin NƏZƏRİNƏ: Yeni giriş QAYDASI

17:31 - 17 İyun 2022 - Cəmiyyət

Rusiya hökumətinin yeni qaydasına əsasən ölkəyə səyahət edən sərnişinlər PCR test verməlidirlər.

Bu barədə məlumatı "Azərbaycan Hava Yolları" QSC yayıb.

Bildirilir ki, Rusiya Federasiyası hökumətinin 2022-ci il 14 iyun tarixli 1552-р nömrəli sərəncamına müvafiq olaraq artıq bütün xarici dövlət vətəndaşları bu ölkəyə daxil ola bilərlər, bununla belə, sərnişinlər uçuşdan əvvəl 48 saat ərzində qüvvədə olan PCR testini təqdim etməlidirlər.

Xəbər xətti