Boşananların sayı azalıb

16:47 - 17 İyun 2022 - Cəmiyyət

Bu ilin ilk dörd ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 18 506 nikah və 5043 boşanma halları qeydə alınıb.

Bu barədə Ucnoqta.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,5-dən 5,6-ya qədər artıb. Boşanmaların sayı isə azalaraq 1,6-dan 1,5-ə düşüb.

Xəbər xətti