Kibertəhlükəsizlik üzrə Milli İndeks (National Cyber Security İndex ) növbəti hesabatını açıqlayıb. Azərbaycan kibertəhlükəsizlik üzrə reytinqdə geriləyərək 85-ci yeri qazanıb
Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyib. Osman Gündüz bildirir ki, Estoniyanın e-İdarəetmə Akademiyasının hazırladığı bu Milli İndeks hər il yenilənir:
"Əvvəlki illərlə müqayisədə bu il Azərbaycanın vəziyyəti pisliyə doğru dəyişib. Belə ki, ölkəmiz 37.66 bal toplayaraq 85-ci pillədə qərarlaşıb.
Reytinqi formalaşdırmaq üçün adı şəkilən qurum 150 ölkədə kibertəhlükəsizliklə bağlı aşağıdakı istiqamətlər üzrə araşdırmalar aparıblar :
- Kibertəhlükəszilik sahəsində qanunvericilik
- Kiberinsidentlər
- Kiber sahədə təhsil
- Xidmətlərin dayanıqlığı
- İdentifikasiya
- Fərdi məlumatların qorunması
- Kiber hücumlara və təhdidlərə qarşı mübarizə
- Kibercinayətkarlığa qarşı mübarizə və s.
Ekspertin sözlərinə görə, adıçəkilən qurumun açıqladığı reytinqdə ilk yerləri Yunanıstan, Litva, Belçika, Çexiya, Estoniya qazanıb:
"Ukrayna 24-cü, Rusiya 28-ci, Türkiyə 57-ci, Belarus 61-ci, Gürcüstan 62-ci, Kazaxıstan 70-ci və Ermənistan 90-cı yerlərdə qərarlaşıblar. Yeri gəlmişkən, qurumun hazırladığı hesabatdan görünir ki , Azərbaycanda rəqəmsal inkişaf səviyyəsi kibertəhlükəsizlik mühitini xeyli qabaqlayır.