“Yaşı 40-dan yuxarı olan şəxslərin meymunçiçəyi virusuna yoluxması təhlükəsi yoxdur”.
Bunu Ucnoqta.az-a açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.
Onun sözlərinə görə, digər çiçək növlərinə uyğun olaraq peyvəndlərin meymunçiçəyinə qarşı qarşılıqlı həssaslığı var: “Ona görə yaşı 40-dan artıq olan insanlar üçün meymunçiçəyinin demək olar ki, qorxusu yoxdur. Çünki onlar peyvənd olunublar."
Teymur Musayev deyib ki, gənc nəslə gəlincə, virusun insandan insana keçməsi üçün çox sıx təmas olmalıdır:
“Fərdi gigiyena qaydaları vacibdir. Artıq COVİD-19-dan sonra hamı bunu yaxşı başa düşür. Gigiyenik məhlullardan istifadə edilməli və sosial məsafə saxlanılmalıdır”.