Azərbaycanın səhiyyə naziri Teymur Musayev meymunçiçəyi ilə bağlı əhaliyə müraciət edib.
Ucnoqta.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayev hələlik meymunçiçəyinin geniş yayılması üçün bir səbəb olmadığını bildirib.
Teymur Musayev deyib ki, dünyada bununla bağlı 2 minə yaxın hadisə qeydə alınıb, amma indiyə qədər meymunçiçəyi ilə birbaşa bağlı olan ölüm hadisəsi qeyd edilməyib: “Fürsətdən istifadə edərək əhalimizə meymunçiçəyi ilə bağlı müraciət etmək istərdim. Sadə fərdi gigiyena qaydalarına riayət etməklə bu bəladan uzaq duraraq, normal həyat tərzinə davam edə bilərlər”.