“Bazarlarda meyvə-tərəvəzin qiymətləri od tutub yanır” - Deputat

11:52 - 17 İyun 2022 - Xəbər

“Bildiyimiz kimi, bazarlarda meyvə-tərəvəzin qiymətləri od tutub yanır”.

Ucnoqta.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib: "Xüsusilə meyvələrin qiymətinin baha olması hər kəsi narahat edir. Mən araşdırdım, kəndlərdə qiymətlə elə də baha deyil. Burada problem məhz məhsulun bölgələrdən Bakıya gətirilməsi zamanı daşınma şirkətlərinin qiymətlərinin qaldırılmasıdır.

Təklif edirəm ki, “Kənddən şəhərə” layihəsinin miqyasını daha da böyütmək lazımdır ki, şəhər əhalisi bu meyvələri rahatlıqla əldə etsin".

Xəbər xətti