Qarabağdakı ermənilər üçün mobil xidmət dayandırıldı

22:15 - 16 İyun 2022 - Xəbər

Ermənistanın ən böyük mobil xidmət operatoru “Viva-MTS” Qarabağdakı ermənilər üçün xidməti dayandırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə hazırda “Viva-MTS” şirkəti məlumat yayıb.

“İyulun 1-dən Qarabağda yaşayan ermənilər yalnız rouminq çərçivəsində mobil operatorun xidmətindən istifadə edə biləcəklər. Rouminq xidmətinin tarifləri barədə əlavə məlumat veriləcək”, - məlumatda deyilir.

Xəbər xətti