Vilayət Eyvazov polis baş leytenantına vəzifə verdi

09:17 - 16 İyun 2022 - Xəbər

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

APA-nın məlumatına görə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, polis baş leytenantı Kamil Abdullayev Gəncə şəhər Baş Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı vəzifəsindən azad olunaraq həmin Baş İdarənin 2-ci Polis Şöbəsinin Xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub.

 

Xəbər xətti