Ərtoğrul Bakıya gəlir

00:35 - 16 İyun 2022 - Xəbər

Hazırda "Neftçi" klubunun baş məşqçi postuna əsas namizəd olan Ərtoğrul Sağlam Bakıya gəlir. 52 yaşlı mütəxəssis bu gün paytaxtımıza səfər edəcək. Onun "Neftçi"nin bazasında, o cümlədən "Bakcell Arena"da olacağı gözlənilir. Təcrübəli çalışdırıcıyla müqavilənin imzalanması da istisna edilmir. Mənbəmizin iddiasına görə, "ağ-qaralar"ın idman direktoru Zaur Əzizov Türkiyədə onunla görüşüb və danışıqlar müsbət məcrada yekunlaşıb. Bildirək ki, Ərtoğrul Sağlam “Bursaspor”la Türkiyə Super Liqasının qalibi olub. O, “Kayserispor”, “Beşiktaş”, “Əskişəhərspor”, “Yeni Malatyaspor” və “Samsunspor” kimi komandalara da rəhbərlik edib. Ərtoğrul Sağlam bu ilin fevralından “Traktor” klubuna başçılıq edir. ///Offsideplus.az

Xəbər xətti