Türkiyə XİN Şuşa Bəyannaməsi ilə bağlı paylaşım edib

14:59 - 15 İyun 2022 - Xəbər

"Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan ittifaqı daha da möhkəmləndi."

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində bildirilib.

"15 iyun 2021-ci il tarixində cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və can Azərbaycanın Prezidenti cənab İlham Əliyevin imzaladığı Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan ittifaqı daha da möhkəmləndi. İldönümü mübarək olsun!", - deyə paylaşımda bildirilir.

Xəbər xətti