İctimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda paytaxtın Nizami və Binəqədi rayonları ərazisində marşrut avtobuslarında 3 qadının mobil telefonlarını ciblərindən oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər də oğurluğa və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Cəlil Səmədov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.