Ucnoqta.az
www.ucnoqta.az

Avtobusda 3 qadının telefonun oğurlayan keçmiş məhkum saxlanıldı

11:03 - 15 İyun 2022 tarixində dərc olunub.

İctimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda paytaxtın Nizami və Binəqədi rayonları ərazisində marşrut avtobuslarında 3 qadının mobil telefonlarını ciblərindən oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər də oğurluğa və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Cəlil Səmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: