Təhsil naziri: "Valideynlərin şikayətlərini haqlı hesab edirəm, çünki ..."

10:50 - 15 İyun 2022 - Cəmiyyət

“Fənlərin sayının azaldılması bizim gündəmimizdədir”.

Ucnoqta.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev AzTV-nin efirində yayımlanan “Hədəf”verilişində deyib.

Nazir qeyd edib ki, valideynlər fənlərin çoxluğundan şikayət edirlər.

“Mən onların bu şikayətlərini haqlı hesab edirəm, çünki şagirdlər yüklənir. Onlar üçün lazımlı fənlər saxlanmalıdır”, - deyə E.Əmrullayev bildirib.

Xəbər xətti