Bakıda yol polisi maşını qəzaya uğradı - Xəsarət alan var

08:39 - 15 İyun 2022 - HADİSƏ

Bakıda polis maşını qəzaya uğrayıb. Ucnoqta.az report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. 24 yaşlı Məmmədov Emin Allahverən oğlunun idarə etdiyi “Niva” markalı avtomobil hərəkətdə olarkən ərazidə xidmət göstərən 99-YP-241 dövlət qeydiyyat nişanlı yol patrul xidmətinin avtomobili ilə toqquşub. Hadisə zamanı “Niva”nın sürücüsü xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.

Xəbər xətti